“Sevilya” ardıcıl ikinci dəfə Avropa Liqasının qalibi oldu – VİDEO+FOTO
İspaniyanın “Sevilya” klubu Avropa Liqasının finalında Ukrayna “Dnepr”ini məğlub edib.
Oxu.Az xəbər verir ki, Varşavada keçirilən oyun 3:2 hesabı ilə ispanların xeyrinə başa çatıb.
“Sevilya” ardıcıl olaraq ikinci dəfə Avropa Liqasınının qalibi olub. İspaniya klubu bundan əvvəl Avropa Liqasında (UEFA kuboku) ardıcıl iki dəfə 2006/2007 mövsümündə qalib olmuşdur.
İspaniya klubları bu turnirdə doqquzuncu dəfə qalib oldular. Dnepr qalib gələrək Unai Emerinin yetirmələri həmçinin özlərinə Çempionlar Liqasına vəsiqəni təmin etdilər. Tarixdə ilk dəfə İspaniya Avropanın ən nüfuzlu turnirində 5 klub ilə təmsil ediləcək - “Barselana”, “Real”, “Atletiko”, “Valensiya” və “Sevilya”.
Mənbə:> Oxu.Az