Finala doğru son yolculuq » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Finala doğru son yolculuq

Finala doğru son yolculuq


Çempionlar Liqasının ardınca Avropa Liqasında da yarımfinal mərhələsinə start verilir.

ANS PRESS-in məlumatına görə, bu gecə bu mərhələnin ilk oyunları keçiriləcək.

Qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "Dnepr" "Napoli"nin qonağı olacaq. "San Paulo" stadionunda baş tutacaq matçı norveçli FIFA referisi Svein Oddvar Moen idarə edəcək. Komandalar bundan əvvəl 2012/13 mövsümündə Avropa Liqasının qrup mərhələsində rəqib olub. Həmin vaхt ilk oyunda "Dnepr" (3:1), ikinci matçda "Napoli" (4:2) qalib tərəf olub.

Mərhələnin digər oyununda "Sevilya" "Fiorentina"nı qəbul edəcək. Ramon Sançes stadionunda baş tutacaq matçda ədaləti alman Feliks Bri qoruyacaq. İspaniya və İtaliya klubları avrokuboklarda ilk dəfə qarşılaşacaq.

Avropa Liqası
Yarımfinal
İlk oyunlar

7 may
00.05 Napoli (İtaliya) - Dnepr (Ukrayna)
Hakimlər: Svein Oddvar Moen, Kim Tomas Haqlund, Frank Andas, Sven Erik Midtçell (Norveç).
Əlavə köməkçi hakimlər: Ken Anri Yohnsen, Svein-Erik Edvartsen (Norveç).
Napoli. "San Paulo" oteli.

00.05 Sevilya (İspaniya) - Fiorentina (İtaliya)
Hakimlər: Feliks Brix, Mark Borş, Stefan Lupp, Marko Akmüller (Almaniya).
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Fritz (Almaniya).
Sevilya. Raman Sançes stadionu.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *