“Vilyarreal” son dəqiqədə vurduğu qolla “Liverpul”u məğlub etdi
UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, İspaniyanın “Vilyarreal” klubu doğma meydanda İngiltərinin “Liverpul” komandasını qəbul edib və minimal hesablaq qələbə qazanıb.
Matçda yeganə qolu hakimin əlavə etdiyi dəqiqələrdə Adrian vurub.
Ukraynada keçirilən günün ikinci qarşılaşmasında yerli “Şaxtyor” digər İspaniya təmsilçisi “Sevilya” ilə üz-üzə gəlib.
Oyun 2:2 hesablı heç-heçə ilə bitib.
Qollar: Marlos, 23,Stepanenko, 36 - Vitolo, 6, Qameyro, 82.
Cavab qarşılaşmaları mayın 5-də Sevilya və Liverpulda keçiriləcək.
Mənbə:> Oxu.Az