Bulvarda intihara cəhd
Bakı şəhərinin Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1200 m aralıda, nəzarətsiz ərazidə) 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadın verdiyi məlumata görə, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.
Xilasedicilər tərəfindən intihara cəhd edən və onu xilas etmək istəyən 2 nəfər xilas edilib.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində həmin şəxsin Abşeron rayonu Masazır qəsəbəsinin sakini Vüsal Şahlar oğlu Alpənahov olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.az