Gəncədə qadın sürücü ağır qəza törətdi, ölən var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Gəncədə qadın sürücü ağır qəza törətdi, ölən var – VİDEO

Gəncədə qadın sürücü ağır qəza törətdi, ölən var


Gəncədə qadın sürücü ağır yol qəzası törədib.

Oxu.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

“Hyundai Sonata” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında yığılan mişar daşlarına, sonra isə mağazaya çırpılıb.

Qəza zamanı sərnişin - 24 yaşlı Xanım Nəsirova hadisə yerində dünyasını dəyişib. Sükan arxasında olan 30 yaşlı Nurlana Kərimova isə yüngül bədən xəsarəti alıb.

Yol-nəqliyyat hadisəsi zamanı yol kənarındakı iki mağazanın şüşələri sınıb.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırmalara başlanılıb.


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *