Gəncədə qəza törədən sürücü aradan çıxdı
Bu gün səhər saatlarında Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, qəza səhər saat 6 radələrində Totanlı küçəsində qeydə alınıb.
İçərisində 3 nəfərin olduğu “VAZ 21015” markalı avtomobil evlərdən birinə çırpılıb. Nəticədə avtomobildə olan, hələlik adı məlum olmayan sərnişinlərdən biri aldığı xəsarətdən elə yerindəcə dünyasını dəyişib.
Digər iki nəfər isə hadisə yerini tərk etdiyindən onların kimliyini müəyyən etmək olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalara başlanılıb.
Mənbə:> ANSPRESS