Bakıda ağır qəza: Sürücü öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda ağır qəza: Sürücü öldü – FOTO

Bakıda ağır qəza: Sürücü öldü

Bakıda sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

AzNews.info-un ANS PRESS-ə istinadən məlumatına görə, qəza Xətai rayonunun Nobel prospektində qeydə alınıb.

Qurbanov Ramin Mərdan oğlu (1979-cu il təvəllüdlü) idarə etdiyi “10- UK- 280” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı ağır bədən xəsarətləri alan 37 yaşlı sürücü hadisə yerində dünyasını dəyişib.

Qəzaya ilkin səbəb kimi, hava şəraitinin yağmurlu olması və sərt döngədə sürət həddinin aşılması göstərilir.

Faktla bağlı Xətai Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakıda ağır qəza: Sürücü öldü

Bakıda ağır qəza: Sürücü öldü

Bakıda ağır qəza: Sürücü öldü

Mənbə: ANS PRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *