Bakı - Sumqayıt yolunda ağır qəza » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Bakı - Sumqayıt yolunda ağır qəza

Bakı - Sumqayıt yolunda ağır qəza


Ötən gecə Bakı Sumqayıt yolunun 14-cü kilometrliyində Abşeron rayounun Masazır qəsəbəsi ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Vüsal İmanov “Mercedes” markalı minik avtomobili ilə Sumqayıtdan paytaxt istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Bu zaman eyni istiqamətdə hərəkətdə olan Camal Mehdiyevə məxsus eyni markalı avtomobillə toqquşub. Toqquşma güclü olduğundan Vüsal İmanovun maşını yol kənarındakı dəmir arakəsmələrə dəyərək tamamilə yararsız vəziyyətə düşüb.

Avtomobildə olan sürücü və sərnişini Sərxan Bayramov ağır bədən xəsarətləri ilə Bakıdakı 1 saylı Kliniki tibbi mərkəzə çatdırılıb. Dərhal əməliyyat olunan yaralıların həyati təhlükələri aradan qaldırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbi təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra bilinəcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *