Bakıda ağır qəza: ölən var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Bakıda ağır qəza: ölən var

Bakıda ağır qəza: ölən var


Bakının Nərimanov rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, qəza, sürücünün idarə etdiyi avtomobilə nəzarəti itirməsi nəticəsində baş verib.

Ziya Bünyadov prospekti ilə Koroğlu metrosu istiqamətində hərəkətdə olarkən havanın yağışlı olması səbəbindən sürücü E. Həsənov idarə etdiyi “Mercedes”in nəzarətini itirib. Sürət yüksək olduğundan sürücü yaş yolda avtomobili saxlaya bilməyib. Nəticədə avtomobil yanacaqdoldurma məntəqəsinin hasarın çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Onun sıxılmış cəsədi FHN-nin xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.

Sərnişini Şaiq Abbasov xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *