Sotomayor: Hakimlər mənə haqsızlıq etdilər
“Sonuncu raundda əmin idim ki, qalib gəlmişəm”.
“Hakimlər mənə haqsızlıq etdilər. Mən çempion idim. Hər 3 raundda rəqibi döysəm də, bacardığım qədər döyüşsəm də, qərar mənim əleyhimə oldu”.
Oxu.Az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında “Rio-2016”-nın boks üzrə gümüş mükafatçısı Lorenso Sotomayor deyib.
O bildirib ki, həlledici görüşdə özbəkistanlı Fazliddin Qaibnazarovla görüşdə haqsızlıqla üzləşib:
“Sonuncu raundda əmin idim ki, qalib gəlmişəm. Amma hakim mənə qarşı haqsızlıq etdi. Qızıl medal qazanmaq istəyirdim. Həqiqətən də hakim mənə qarşı ədalətsizlik etdi”.
Mənbə:> Oxu.az