Sotomayor “Rio-2016”-nın ən azı bürünc medalını təmin edib
“Rio-2016” Yay Olimpiya Oyunlarında boks yarışlarında növbəti görüşlər keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Lorenso Sotomayor 1/4 final döyüşünə çıxıb.
64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz kubalı Yasnier Toledoya hər üç raundda (3:0) qalib gələrək yarımfinal mərhələsinə adlayıb.
Bununla da, Azərbaycan boksçusu ən azı bürünc medalı təmin edib.
Sotomayorun növbəti mərhələdə rəqibi Almaniya təmsilçisi Artyom Harutunyan olacaq.
Mənbə:> Oxu.az