Evli kişinin qaçırdığı 17 yaşlı nişanlı qız tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Evli kişinin qaçırdığı 17 yaşlı nişanlı qız tapıldı – FOTO

Evli kişinin qaçırdığı 17 yaşlı nişanlı qız tapıldı


İki gün öncə Cəlilabad rayonunun Boyxanlı kəndində evli kişi tərəfindən qaçırılan 17 yaşlı nişanlı qız tapılıb.

Oxu.Az xəbər verir ki, qızın yaxınlarının “Qafqazinfo”ya verdiyi məlumata görə, o, hüquq-mühafizə orqanları tərəfindən tapılaraq polis bölməsinə gətirilib.

Amma tapılan qızın ailəsi bu məsələdən narahatdır:

“Bizə deyirlər ki, qızın artıq 16 yaşı olub və onu sizə təhvil verə bilmərik. Guya, qız özü nəticə çıxararaq ailəsi ilə qalıb-qalmamaq haqda qərar verməlidir. Bizə qızımızla görüşməyə icazə vermirlər. Axı qanunvericilikdə belə bir şey yoxdur, onun 18 yaşı tamam olmayıb ki, qərar versin. Qız tapılan kimi bizə verilməli idi. Bəlkə elə ona təzyiq olunur?! Bəlkə onun beyninə salırlar ki, “səni bundan sonra heç kim qəbul etməz?!””

Polis orqanları hələ ki, qızın verdiyi qərarı ailəsinə açıqlamayıblar.

Nişanlı qızı qaçıran kişinin fotosunu təqdim edirik:
Evli kişinin qaçırdığı 17 yaşlı nişanlı qız tapıldı

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *