Neftçalada özünü Kürə atan 19 yaşlı qızın meyiti tapıldı
Neftçala rayonunda özünü Kür çayına ataraq intihar edən 19 yaşlı qızın meyiti tapılıb.
AzNews.info “Report”-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri meyiti bu gün səhər saatlarında sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.
Qeyd edək ki, iyulun 1-də saat 19:00 radələrində Neftçala rayonunun Birinci Qaralı kənd sakini Şəfa Şakir qızı Məmmədova özünü Kür çayına ataraq intihar edib.
Mənbə:> Report