Şirvanda 9 yaşlı uşağın meyiti 4 gün sonra tapıldı
Şirvanda kanalda boğulan 9 yaşlı uşağın meyiti sudan çıxarılıb.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, aprelin 20-də axşam radələrində Baş Şirvan kollektoruna düşən Şirvan sakini, 2007-ci il təvəllüdlü Əhmədov Şükür Fəxrəddin oğlunun meyiti sudan çıxarılıb.
Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə qrupunun əməkdaşları meyiti 600 metr aralıda sudan çıxararaq aidiyyatı üzrə təhvil verib.
Mənbə:> APA