Araz çayında batan gəncin meyiti tapılıdı
Araz çayında batan gəncin meyiti tapılıdı.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, mayın 30-da Araz çayının İmişli rayonu, Xubyarlı kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 70 km aralı) batmış 1987-ci il təvəllüdlü Məmmədov Eldəniz Teymur oğlunun axtarışları başa çatıb.
E.Məmmədovun cəsədi nazirliyin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 30 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Mənbə:> Oxu.Az