Cəlilabadda nişanlı qızı evli kişi qaçırtdı
Cəlilabad rayonunun Boyxanlı kəndində xoşagəlməz hadisə baş verib.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, 17 yaşlı nişanlı qız həmkəndlisi tərəfindən qaçırılıb.
Hadisə avqustun 18-i saat 23:00 radələrində baş verib.
Qaçırılan qızın atası Eldar Dadaşov açıqlamasında faktı təsdiqləyib.
O, qızının zorla qaçırıldığını deyib:
“Hadisə qızın bacısı ilə ayaqyoluna getdiyi zaman baş verib. Əminik ki, qızım zorla qaçırılıb. Çünki qızımın ayaqqabısı hadisə yerində qalıb. 18 yaşına çatmayan şəxsin qaçırılması birbaşa insan oğurluğudur. Qızım qohumumuzla nişanlıdır və yaxın vaxtlarda toyu olacaqdı. Hazırda qızımın nişanlısı Rusiyadadır”.
E.Dadaşov qeyd edib ki, qızını qaçıran şəxs kənddə avara, tüfeyli kimi tanınır:
“Qızımı qaçıran şəxsin adı Zaurdur. O, kənddə tüfeyli, avara kimi tanınır. Bir müddət əvvəl öz qohumu ilə evil olub, sonra ayrılıb. Daha sonra xalası qızı ilə evlənib, onu da boşayıb. Həmin şəxs bu axşam qızımı qaçırıb”.
Mənbə:> Oxu.az