Radik İsayev: Qələbəmi anama həsr edirəm » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Dünya

Radik İsayev: Qələbəmi anama həsr edirəm – VİDEO

Radik İsayev: Qələbəmi anama həsr edirəm


2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Radik İsayev Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın suallarını cavablandırıb.

Oxu.Az həmin müsahibəni təqdim edir:

- Nə düşünürsən? Olimpiya çempionu olmaq necə hissdir?

- Hələlik hiss elədiyim sadəcə ayaqlarımın ağrısıdır. İlk döyüşdən ağrıyırdı.

- Hər idmançı döyüşə çıxmamışdan qabaq öz-özünə söz verir ki, mən çempion olacam. Sən necə düşünürdün?

- Mən elə demirəm. Sadəcə çıxıram, bacardığımın ən yaxşısını edirəm. Orda artıq situasiyaya görə dəyişir. Özümə “çıxım mütləq çempion olacam” deyə bilmərəm.

- Rəqibin kimliyini biləndən sonra nə hiss etdin?

- Heç nə. Fərqi yox idi. Sadəcə başladım hazırlaşmağa.

- Məsələn, biləndə ki, ilk rəqib kimdi, onda nə düşündün?

- Biz onsuz da hamımız bir-birimizi tanıyırıq. Hətta əlavə nəsə araşdırmağa da gərək yoxdu. İdmandı, biri udur, digəri uduzur.

- Kimə həsr edirsən qələbəni?

- İlk azarkeşimə – anama. O, mənim medallarımı yığır. Bunun üçün otaq da ayırıb. Mənim kolleksionerim odur. Onun üçün turnirin fərqi yoxdu, dünya çempionatı, Avropa çempinatı və ya Olimpiada.

- Bayrağımızı ən yüksəkdə görəndə, insanlar “Radik! Radik!” qışqıranda nə hiss edirdin?

- Sadəcə qürur duyurdum. O hissləri tam olaraq ifadə etmək olmur.

- Maraqlıdı ki, sən medalı Olimpiadanın sonlarında qazandın... Həm də bu ilk qızılımız idi...

- Hələ Lorenzo da var (boksçu Lorenzo Sotomayor (64 kq) - red.). Ona da uğurlar arzulayıram. Finaldadır, inanıram ki, uğur qazanacaq. Başqa nə deyə bilərəm ki? Qızıl haqqında düşünmürdüm, məqsədim hər-hansı mükafat qazanmaq idi. Ancaq ardıcıl uğurlar gəldi, axırda da Azərbaycanın himnini dinlədik.

- Finaldakı rəqibin çox güclü idi, ancaq sən əla mübarizə apardın...

- Məşqçilərin tapşırıqlarını yerinə yetirdim və uğur qazandım.

- Maraqlıdır ki, döyüş vaxtı məşqçilərin kənardan verdiyi tapşırıqları eşidirsən?

- Ancaq ən yaxınımdakı məşqçini eşidirəm. Zalı isə eşitmirəm.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *