Olimpiadanın sonuncu günündə daha 4 idmançımız yarışacaq
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında sonuncu gündür.
Oxu.Az xəbər verir ki, mötəbər turnirin XV günündə Azərbaycan yığmasının 4 üzvü medallar uğrunda mübarizə aparacaq.
Bakı vaxtı ilə saat 15:46 sərbəst güləşçimiz Xetaq Qazyumov (-97 kq), saat 15:54-də digər sərbəst güləşçimiz Toğrul Əsgərov (-65 kq) və saat 16:30-da atlet Evans Kiplaqat (marafon) mübarizəyə qoşulacaqlar.
Həmçinin saat 22:00-da boksçu Lorenzo Sotomayor (-64 kq) qızıl medal qazanmaq üçün rinqə çıxacaq.
Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay
Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.
Mənbə:> Oxu.az