Rio-2016: Bu gün üçün idmançılarımızın təqvimi
XXXI Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.
Oxu.Az xəbər verir ki, onlar 4 idman növündə çıxış edəcəklər.
İlk olaraq, taekvondoçu Milad Beigi Harçeqani ilk görüşünü keçirəcək. Döyüş Bakı vaxtı ilə saat 17:15-də başlanacaq.
Saat 17:20-də bədii gimnast Marina Durunda fərdi çoxnövçülük üzrə təsnifat yarışına qatılacaq.
Bundan sonra iki sərbəst güləşçi ilk görüşünə çıxacaq. Saat 17:24-də dünya çempionu Hacı Əliyev 57 kq. çəkidə 1/8 final görüşünü keçirəcək. Onun ilk rəqibi cənubi koreyalı Yunsik Yun olacaq.
Saat 17:48-də isə ikiqat Avropa çempionu Cəbrayıl Həsənov (74 kq) kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə qarşılaşacaq.
Saat 18:30-da qadın taekvondoçu Fəridə Əzizova 67 kq. çəkidə ilk görüşünü keçirəcək.
Nəhayət, saat 21:45-də boksçu Lorenso Sotomayor 64 kq. çəkidə yarımfinal qarşılaşmasına çıxacaq.
Mənbə:> Oxu.Az