Rio-2016: Bu gün üçün idmançılarımızın təqvimi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Dünya

Rio-2016: Bu gün üçün idmançılarımızın təqvimi

Rio-2016: Bu gün üçün idmançılarımızın təqvimi


2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 7 təmsilçisi mübarizə aparacaq.

Oxu.Az xəbər verir ki, onlardan 5-i müxtəlif vaxtlarda dünya çempionu olub.

İlk olaraq kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko start xəttinə çıxacaq.

Bakı vaxtı ilə saat 16:37-də başlanacaq seçmə yürüşdə Demyanenkonun rəqibləri bolqar Angel Kodinov, italiyalı Karlo Taççini, “Bakı 2015” I Avropa Oyunlarının qalibi, litvalı Henrikas Justautas, iranlı Adel Mojallalimoğadam və avstraliyalı Ferents Şekşardi olacaq.

Saat 17:00-da taekvondoçu Patimat Abakarova dayanq üzərinə çıxacaq.

Saat 17:19-da kayakçı İnna Osipenko-Radomskaya 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşə çıxacaq.

Saat 17:05-də atlet Hayle İbrahimov 5000 metr məsafəyə qaçış yarışında iştirak edəcək.

Saat 17:48-də Azərbaycanın qadın güləşçilərindən dünya və beşqat Avropa çempionu, eləcə də “Bakı 2015” I Avropa Oyunlarının qalibi Mariya Stadnik 48 kq. çəki dərəcəsində ilk görüşünü keçirəcək. Onun 1/8 finalda rəqibi Patrisia Alexandra Bermudes olacaq.

Saat 17:56-da isə daha bir dünya və Avropa çempionu Yuliya Ratkeviç 58 kq. çəkidə 1/8 final qarşılaşmasında çıxış edəcək. O, ukraynalı Oksana Herhellə üz-üzə gələcək.

Nəhayət, saat 22:30-da boksçu Elvin Məmişzadə 52 kq. çəki dərəcəsində özbək Şaxobidin Zoirovla 1/4 final görüşündə üz-üzə gələcək. 2015-ci ilin dünya çempionu və I Avropa Oyunlarının qalibi olan Məmişzadə qələbə qazansa, yarımfinala yüksələrək, ən azı bürünc medalı özünə təmin edəcək.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *