Rio-2016: Bu gün yığmamızın 3 üzvü mübarizə aparacaq
XXXI Yay Olimpiya Oyunları davam edir.
Oxu.Az xəbər verir ki, dörd illiyin ən möhtəşəm turnirinin XII günündə Azərbaycan yığmasının 3 üzvü mübarizə aparacaq.
Bunlardan yunan-Roma güləşçisi Rəsul Çunayev (66 kq) Olimpiyadada debüt edəcəyi halda, kanoeçi İnna Osipenko-Radomska və boksçu Lorenzo Sotomayor medal üçün yarışacaqlar.
Azərbaycan idmançılarının təqvimi
XII gün
Güləş
1/16 final
17:00. Rəsul Çunayev (66 kq) - Migel Palasio Martinez (Kuba)
Kanoe
Sprint (K1)
200 metr
Final
16:40. İnna Osipenko-Radomska
Boks
1/4 final
01:15. Lorenzo Sotomayor (64 kq) – Yasnier Toledo
Mənbə:> Oxu.Az