Saxta məktəbli formaları satılır – Ehtiyatlı olun! » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Saxta məktəbli formaları satılır – Ehtiyatlı olun!

Saxta məktəbli formaları satılır – Ehtiyatlı olun!

Aparılan monitorinqlər zamanı 5 müəssisənin fəaliyyəti dayandırılıb və barələrində inzibati cəza tədbirləri görülüb.

Bakı Tikiş Evinin adından saxta və standartlara uyğun olmayan məktəbli geyimləri satışa çıxarılıb.

Oxu.Az İnterpress-ə istinadən xəbər verir ki, bunu Bakı Tikiş Evinin direktoru Etibar Əzimov deyib.

Onun sözlərinə görə, bununla bağlı araşdırmalar aparılır:

“Bakı kinoteatrının yanında, “Əhmədli” metro staniyasının çıxışında mənşəyi bilinməyən məktəbli forması BTE-nin adında satılır. Bu hallar Sədərək və Binə Ticarət mərkəzlərində də çoxdur. Eyni zamanda Ağa Neymətullah küçəsinin bəzi yerlərində də qeyri-qanuni satışın olması ilə bağlı xəbərdarlıq siqnalları almışıq. Bununla bağlı Daxili İşlər Nazirliyi, İqtisadi Cinayətkarlığa Qarşı Mübarzə İdarəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyinə məktub göndərəcəyik”.

Bundan başqa, E.Əzimov əlavə etdi ki, ötən il aparılan monitorinqlər zamanı 5 müəsissənin fəaliyyəti dayandırılıb və barələrində inzibati cəza tədbirləri görülüb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *