Abşeronda saxta məktəbli geyimlərinin satışı aşkarlandı » AzNews.info -Xəbər portalı

Abşeronda saxta məktəbli geyimlərinin satışı aşkarlandı

Abşeronda saxta məktəbli geyimlərinin satışı aşkarlandı


Abşeron rayonunda saxta məktəbli geyimlərinin satışının qarşısı alınıb.

Bu barədə Oxu.Az-a İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib.

Nazirliyin məlumatına görə, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, mənzil 70 ünvanında fəaliyyət göstərən fiziki şəxs Vüqar Rzayevə məxsus mağazada aparılan yoxlama zamanı digər sahibkarlıq subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub.

Belə ki, mağazada "Bakı Tikiş Evi" ASC-yə məxsus "BTE" və "BTE Apparel" əmtəə nişanlarından qanunsuz istifadə edilməklə istehsal olunmuş saxta məktəbli geyimlərinin satışının həyata keçirildiyi aşkarlanmış və həmin mallar ticarət dövriyyəsindən çıxarılıb.

Yol verilmiş qanun pozuntusu ilə əlaqədar fiziki şəxs Vüqar Rzayev barəsində qanunamüvafiq tədbirlər görülür.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *