ABŞ-da insan dişli piraniyalar peyda olub
Miçiqan gölünün sularında qırmızı paku növünün – Cənubi Amerika balığı pirana ailəsinin nümayəndələri aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Live Science” məlumat yayıb.
Paku insan dişlərini xatırladan qeyri-adi diş formasına görə, amerikalılar arasında çox populyardır. Balıqlar 89 sm qədər böyüyürlər, paku sahibləri onların böyüdükdən sonra bütün akvariumu tutmalarından narazıdırlar, bu səbəbdən də onları Miçiqan gölünə buraxırlar.
Son həftə ərzində göldə üç dəfə bu balıqlardan tutulub. Bu fakt ştatın Təbii resurslar departamentini xüsusi bəyanatla çıxış etməyə məcbur edib.
Hakimiyyət və ekoloqlar paku sahiblərini gölə buraxılan balıqların ölümə məhkum olduqlarını bildiriblər. Bundan başqa bu davranış təhlükəli nəticələrə səbəb ola bilər.
Mənbə:> Oxu.az