Dəhşətli zəlzələ proqnozu – 40 milyon insan öləcək
Oktyabrın 17-də baş verəcək dəhşətli zəlzələ nəticəsində milyonlarla insan həlak ola bilər. AzNews.info modern.az-a istinadən bildirir ki, bu xəbərdarlığı London universitetinin nüvə mühəndisi Mehran Keşe edib.
Alimin sözlərinə görə, güclü yeraltı təkanlar Şimali və Cənubi Amerika arasında parçalanmaya səbəb olacaq. O, iddia edib ki, Amerika və Asiya sahillərində nəhəng snnami dalğaları meydana gələcək. Bu fəlakət 40 milyon insanın ölümü ilə nəticələnə bilər.
Keşenin fikrincə, Amerika hakimiyyətinin bu fövqəladə hadisəyə reaksiyası da təsirli olmayacaq: "Meksika və Meksika körfəzi dağılacaq. Çin və Yaponiyada, eləcə də Karib hövzəsində də böyük itkilər yaşanacaq".
Mənbə:> Modern.az