Sərvət dəyərində balıq – FOTO
Türkiyə yaşayan Mərsin balığı dünyanın ən bahalı canlılarından biri olduğu məlum olub.
ANS PRESS-in məlumatına görə, türk elm adamlarının araşdırması zamanı Mərsin balığın bir kilosundan 10 min dollar qazanc əldə edildiyi bəlli olub.
Xüsusi ilə balıqdan qara kürü əldə edilməsi bu balığın dəyərini daha da artırır. Mütəxəssislərin araşdırmasına görə, Mərsin balığı 250 milyon ildən çox müddətdirki yaşayır. Kürünün dişi balıqlardan əldə edildiyini deyən elm adamları bu məhsulun ən bahalı kürü olduğunu söyləyirlər.
Türkiyədə bu balıqlar üçün xüsusi göl hazırlanıb və balıqlar burada yetişdirilir. Yumurtalama dövründə balıqlar canlı olaraq tutulur. Yumurtaları çıxarıldıqdan sonra Mərsin balıqlarının qarınları geri tikilərək yenidən suya buraxılır.
Bununlada bir balıqdan bir neçə dəfə qara kürü əldə etmək mümkün olur.
Mənbə:> ANSPRESS