Pentaqon Rusiya qırıcısının manevrlərində provokasiya görür
ABŞ-ın Müdafiə Nazirliyində hesab edirlər ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısının Baltik dənizi üzərində manevri Moskva ilə Vaşinqon gərginliyin artmasına gətirib çıxara bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “İnterfaks”a Nazirliyin rəsmi nümayəndəsi Bill Urban məlumat verib.
O, qeyd edib ki, bu cür təhlükəli və qeyri peşəkar hava hücumu bütün ekipajda travma və zədələrə səbəb ola bilər.
“Bundan başqa, hansısa pilotun təhlükəli və qeyri peşəkar hərəkətləri ABŞ və Rusiya arasında gərginliyin arzuolunmaz səviyyəyə çatmasına gətirib çıxara bilər”, - deyə Urban qeyd edib və xatırladıb ki, hadisə “Rusiya təyyarəsinin Amerika esminesi “Donald Kuk”a təhlükəli məsafədə yaxınlaşmasından” cəmi bir neçə həftə sonra baş verib.
Pentaqon rəsmisinin sözlərinə görə, son bir ildə bu cür insidentlərin sayı artıb və ABŞ-da təhlükəsizlik məsələsi ilə bağlı çox ciddi narahatlığa səbəb olub.
Mənbə:> Oxu.Az