Dünyanın ən səxavətli və ən xəsis xalqları
Hotellərin ən nəzakətsiz davranan müştəriləri rus turistləridir. Bütün dünyada yerləşən 100 hoteldə sorğu aparan “On the Beach” turizm şirkəti bu fikrə gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə “Travel Daily News” portalı məlumat yayıb.
Sorğuda iştirak edənlərin 31% rus turistlərini kobud hesab edirlər. İkinci yerdə Almaniya turistləridir, onların kobudluğundan gileylənənlər sorğuda iştirak edənlərin 20%-i təşkil edib. İlk üçlükdə 10% göstərici ilə fransızlar da yer alıb.
Hotel müştəriləri arasında lider Britaniya olub. Belə ki, sorğuda iştirak edənlərin 32%-i onları ən nəzakətli müştəri adlandırıb. 16% isveçləri, 10% isə norveçlərin nəzakətli olduğunu bildirib.
Britaniyalılar ən səxavətli müştəri adına layiq görülüblər. “Çay pulu” verən müştərilər arasında ikinci yerdə isveçlər, üçüncü yerdə isə amerikalılar olub.
Hotel personalına daha çox irad tutanlar – britaniyalı, fransız və almanlardır.
Mənbə:> Oxu.Az