Ermənilər Rusiyaya birləşmək istəyirlər
GALLUP International Аssociation şirkətinin nümayəndələrinin Ermənistan əhalisi arasında cari ilin sentyabr ayında apardıqları sorğunun nəticələrinə görə, sorğuda iştirak edənlərin 54,4%-i respublikanın Rusiyaya birləşdirilməsini istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə news.am məlumat yayıb.
Sorğuda iştirak edənlərin 29,9%-i bəyan edib ki, Ermənistan dünyada heç bir ölkəyə birləşməməlidir.
11,1%-i isə Ermənistanın Avropa İttifaqına üzv olmasını arzulayıblar.
Qeyd edək ki, sorğu “üz-üzə” üsulu ilə keçirilib.
Aparılan sorğuda müxtəlif peşəyə, cinsə, yaşa və yaşayış yerinə malik olan 1105 nəfər iştirak edib. Sorğu sentyabrın 10-dan 21-nə qədər keçirilib.
Mənbə:> Oxu.Az