Ermənistanın bizdən öndə olduğu siyahı
Dünya ölkələrində yaşayan insanların neçə faizinin dindar olması ilə bağlı sorğu keçirilib.
ANS PRESS-in məlumatına görə, sorğunu WIN/Gallup International keçirib.
Sorğuda Azərbaycan da yer alıb. Soğrunun nəticəsinə görə, Azərbaycanda insanların 34%-i özünü Allaha inanan hesab edir, 54% isə özünü dindar hesab etmir. 13%-i isə sorğu zamanı suala cavab verməkdən imtina edib.
Sorğunun nəticələrinə görə, Tailand dünyanın ən dindar ölkəsidir. Bu ölkədə respondentlərin 94%-i özünü dinə inanan hesab edir, 1% insan özünü ateist adlandırıb.
İkinci yerdə Ermənistan, növbəti yerlərdə isə Banqladeş, Gürcüstan və Mərakeş qərarlaşıb (93%) . İnsanlarının ən az dinə inanan ölkələrinm beşliyinə Hollandiya (26%), Çexiya (23%), İsveç (19%), Yaponiya (13%) və Çin (7%) düşüb.
Mənbə:> ANSPRESS