Putin yenə rekord qırdı
Rusiyalıların əksəriyəti Vladimir Putinin prezident postunda fəaliyyətindən razıdır.
ANS PRESS-in məlumatına görə, bu qənaətə Rusiyada sorğu keçirən sosioloqlar gəlib.
Sosioloqların məlumatına görə, prezidentin fəaliyyətiylə bütovlükdə 88% rusiyalı razıdır, 11% onu bəyənmir, 1% sakin isə suala cavab verməyib.
Sorğunun nəticəsinə görə, Rusiya Federasiyası hökumətinin sədri vəzifəsində Dmitri Medvedevin fəaliyyətinin qiymətləndirilməsi haqqında suala respondentlərin 2%-i cavab verməyib, 68% onun haqqında müsbət fikrini bildirib və 30% Rusiya baş nazirinin fəaliyyətini bəyənmədiyini bildirib.
Bundan başqa, respondentlərə təklif olunub ki, ən çox etibar etdikləri 5-6 siyasətçi və ya ictimai xadimin adını sadalasınlar. Belə ki, rusiyalılar ən çox Vladimir Putin (60%), Serqey Şoyqu (26%), Dmitri Medvedev (20%) və Serqey Lavrova (19%) etibar ediblər. Sorğuda iştirak edənlərin 12%-i isə heç kimə etibar etmədiyini və ümumiyyətlə siyasətlə maraqlanmadığını bildirib.
Sorğu 1,6 min insan arasında aparılıb.
Mənbə:> ANSPRESS