Obama və ABŞ Rusiyanın düşmənləridir
Rusların 1/3 hissəsindən çoxu (37%) ABŞ və prezident Barak Obamanı cəmiyyət, mədəniyyət və dəyərlərin əsas düşməni adlandırıblar.
Oxu.Az Lenta-ya istinadla xəbər verir ki, bunu İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin sorğusunun nəticələri sübut edir.
Sorğuda iştirak edənlərin 9%-i Avropa, 8%-i Ukrayna və onun hökuməti, 3%-i İslam terrorçuları, 2%-i faşistlər, digər 2%-i isə rüşvətxorları, 2%-i Böyük Britaniyanı və digər 2%-i insanların özlərini düşmən hesab ediblər.
Bununla belə, sorğuda iştirak edənlərin 8%-i əmindir ki, Rusiya hər tərəfdən düşmənlərlə əhatə olunub, 12% isə düşmənlərin olduğuna inanmır.
Mərkəzin sorğusu 16-17 may tarixində keçirilib. Sorğuda Rusiyanın 46 regionundan 1600 nəfər iştirak edib. Statistik yanlışlıq 3.5%-i keçmir.
Mənbə:> Oxu.Az