Putinin reytinqi 89 faizə qədər artdı
Rusiya prezidenti Vladimir Putinin reytinqi 89 faizə qədər artdı.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu “Levada-Mərkəz” tərəfindən aparılan sorğunun nəticələri göstərib.
Rusiyalıların 64 faizi Ruisyanın düzgün istiqamətdə hərəkət etdiyini düşünür.
Rusiyalıların dövlət rəhbərinə etibar səviyyəsi prezidentlik dövründə maksimal həddə çatıb.
Bundan başqa, əhalinin etibar etdiyi siyasətçilərin reytinqində Putin birinci yerdə olub. Sorğuda iştirak edənlərin 64 faizi onu seçib.
Rusiyalılar ikinci yeri, müdafiə naziri Sergey Şoyqaya veriblər – o, 28 faiz səs toplayıb.
Reytinqin üçüncü sətrində baş nazir Dmitri Medvedyev və DİN rəhbəri Sergey Lavrov qərar tutub, onlara sorğuda iştirak edənlərin 21 faizi üstünlük verib.
Mənbə:> Oxu.Az