Rusiyalılar televiziyaya etibar etmirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya, Media

Rusiyalılar televiziyaya etibar etmirlər

Rusiyalılar televiziyaya etibar etmirlər


Rusiyalıların televiziyaya informasiya mənbəyi kimi olan etibarları azalıb.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” “Levada mərkəzi”nin noyabr tədqiqatlarına istinadən məlumat yayıb.

Əgər 2009-cu ildə televiziyaya sorğuda iştirak edənlərin 79 faizi etibar edirdisə, indi demək olar ki, iki dəfə az - 41 faiz adam etibar edir.

İnternet nəşrlərdən də xəbər oxuyanların sayı azalıb. Bu göstərici 2009-cu ildəki 20 faizdən 18 faizə enib. Qəzetlərə olan etibar 14 faizdən 12 faizə qədər, radioda isə 13 faizdən 11 faizə qədər azalıb.

Altı il bundan öncə olduğu kimi rusiyalılar dostlarından və qohumlarından aldıqları xəbərlərə etibar edirlər. Bu xəbərlərə 19 faiz adam inanır. Sosial şəbəkələrin həqiqətə uyğun olduqlarından əmin olanlar sorğuda iştirak edənlərin 9 faizini təşkil edir.

Sorğuda iştirak edənlərin daha 8 faizi isə etibara layiq olan heç bir mənbənin adını çəkməyiblər. Belə etibarsız mənbələrin 2014-cü ilin mart ayında olan 4 faizdən ibarət göstəricisi iki dəfə artıb.

“Levada mərkəzi”nin keçirdiyi sorğuda Rusiyanın 48 regionunun 137 yaşayış məntəqəsindən 1,6 min insan iştirak edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *