Rusiya böyük dövlətdir - ölkədə hər üç sakindən ikisi belə hesab edir
Rusiyanı böyük dövlət hesab edən rusiyalıların sayı son dörd ildə 18% artıb, “Levada-mərkəz”in apardığı sosioloji sorğunun yekunlarına görə bu nəticəyə gəlmək olar.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, son sorğuda iştirak edənlərin 65%-i Rusiyanı böyük dövlət adlandırıblar, 2011-ci ildə isə 47% insan bu fikirdə idi.
Eyni zamanda Rusiyanı böyük dövlət hesab etməyənlərin sayı da azalıb. İndi onlar sorğuda iştirak edənlərin 25%-ni təşkil edir, 2001-ci ildə isə onlar 46%-i təşkil edirdi. Sorğuda iştirak edənlərin 10%-i suala cavab verməkdə çətinlik çəkiblər.
Sorğuda iştirak edənlərin 65%-ndə böyük dövlət anlayışı vətəndaşların yüksək rifahı, 58%-də ölkənin iqtisadi və sənaye potensialı ilə, 51%-də isə hərbi güc və nüvə silahı ilə assosiasiya olunur.
Sorğuda iştirak edənlərin 36%-i gələcəkdə Rusiyanı Avropanın inkişaf etmiş ölkələri kimi, 23%-i SSRİ dövründəki kimi, 3%-i isə 1917-ci il inqilabına qədərki kimi görmək istəyirlər. Daha 14% sorğu iştirakçısı isə ölkənin bugünkü vəziyyətindən razıdır.
Sorğu noyabrın 20-dən 23-nə qədər aparılıb. Sorğuda 134 yaşayış məntəqəsindən 1,6 min insan iştirak edib.
1999-cu ildə Rusiyanı sorğuda iştirak edənlərin 31%-i böyük dövlət adlandırıb, 65% isə əks fikirdə idilər.
Mənbə:> Oxu.Az