Bakıda 21 yaşlı oğlan bıçaqlanıb
Hadisəni törədənin şəxsiyyəti müəyyələşib.
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərinə görə, rayonun Biləcəri qəsəbəsində naməlum şəxs qəsəbə sakini, 1995-ci il təvəllüdlü Murad Hacıyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Araşdırmalar zamanı M.Hacıyevi bıçaqlayan şəxsin kimliyi müəyyənləşdirilib.
Məlum olub ki, bu, Naxçıvan şəhər sakini, 1967-ci il təvəllüdlü Ülfət Hüseynovdur. Onun tutulması üçün əməliyyat tədbirləri keçirilir.
Mənbə:> APA