Novxanı çimərliyində qan töküldü
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, Novxanı çimərliyində Xırdalan şəhər sakini, 1989-cu il təvəllüdlü Ramin İslamov həmin şəhər sakini, 28 yaşlı Cavid Bünyadovun kürək nahiyəsinə bıçaq xəsarəti yetirib.
C.Bünyadov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.az