Bakı sakini məktub yazıb özünü “Marina Beach” çimərliyində asdı
Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində intihar hadisəsi baş verib.
AzNews.info-nun Report-a istinadən xəbərinə görə, 27 yaşlı Uğur Məmmədov intihar edib.
O, Mərdəkan qəsəbəsi, dəniz sahili “Marina Beach” çimərliyində özünü dəmir borudan asıb.
U.Məmmədovun cibindən məktub tapılıb. Məktubda “Ölümümün dükan sahibi ilə əlaqəsi yoxdur, intiharı özüm qəsdən etdim” sözləri yazılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Mənbə:> Report.az