Həmyerlisi tərəfindən döyülən şəxs öldü
Araşdırmalar davam etdirilir.
Lənkəranda döyülən şəxs ölüb.
Oxu.Az DİN-ə istinadən xəbər verir ki, hadisə avqustun 5-də qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun İstisu qəsəbəsində qəsəbə sakini Rəşid Yaqubov münaqişə zəminində həmyerlisi İ.Əliyevi və onun oğlu Cavidi döyüb. İ.Əliyev evinə qayıtdıqdan sonra ölüb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Yaqubov tutulub.
Araşdırmalar davam etdirilir.
Mənbə:> Oxu.az