Əmanətçilərə kompensasiya ödənişi davam edir
Avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
Bu barədə Fonddan Oxu.Az-a bildirilib.
Avqustun 2-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 6 milyon 350 min 549 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 6 milyon 350 min 549 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 637 min 959 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 1 milyon 67 min 399 manatdan artıq kompensasiya ödənilib.
Ümumilikdə 4 bank üzrə 15 milyon 406 min 455 manatdan artıq kompensasiya verilib.
Mənbə:> Oxu.az