Əmanətçilərə nə qədər kompensasiya ödənildi? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Əmanətçilərə nə qədər kompensasiya ödənildi?

Əmanətçilərə nə qədər kompensasiya ödənildi?


Bu barədə Əmanətlərin Sığortalanması Fondundan Oxu.Az-a bildirilib.

Avqustun 2-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 2 milyon 273 min 767 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 847 min 792 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 397 min 928 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 440 min 355 manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə dörd bank üzrə 4 milyon 959 min 841 manatdan artıq kompensasiya ödənilib.

25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin baş ofisinə, “Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 1 avqust 2016-cı il tarixindən etibarən sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *