Əmanətçilərə kompensasiya ödənilməyə başlandı
Ləğv edilən dörd bankda sığorta hadisəsi iyulun 25-də qeydə alınıb.
Bu gündən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə lisenziyaları ləğv olunan “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə başlanılır.
Oxu.Az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 25 iyul 2016-cı il tarixli 01/10-1549 nömrəli məktuba istinadən “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”da sığorta hadisəsi baş verdiyini bildirib.
“Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.9-cu maddəsinə müvafiq 25 iyul 2016-cı il tarixi adıçəkilən 4 bankda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
Mənbə:> Oxu.az