Bağlanılmış bankların müştərilərinə ödənilən kompensasiyanın məbləği açıqlandı
“Bank of Azerbaijan” ASC-nin seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərinə bu günədək 23 milyon 889 min manat kompensasiya ödənilib.
Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ADİF) Oxu.Az-a bildirilib.
Bundan başqa, Fonddan verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan “Gəncəbank” ASC –nin qorunan əmanətçilərə isə 871 min manat kompensasiya ödənilib.
“Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC və “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir”, - deyə ADİF-dən qeyd edilib.
Qeyd edək ki, Fond tərəfindən sığotya hadisəsi baş vermiş kommersiya banklarının vəsaitləri qorunan əmanətçilərinə indiyədək toplam 142 milyon 345 min manat kompensasiya ödənilib.
Mənbə:> Oxu.Az