“Fitch Ratings” Azərbaycan üzrə proqnozunu yenilədi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Fitch Ratings” Azərbaycan üzrə proqnozunu yenilədi

“Fitch Ratings” Azərbaycan üzrə proqnozunu yenilədi


ÜDM-in proqnozu 2016-cı ildə 3,3%-dən 3%-dək aşağı salınıb.

Dünya reytinq agentlikləri Azərbaycan iqtisadiyyatında müsbət tendensiya müşahidə olunduğunu qeyd edirlər.

Oxu.Az Fins.Az-a istinadən xəbər verir ki, “Fitch Ratings” agentliyi Azərbaycanın suveren reytinqini yeniləyib. ÜDM-nin adam başına düşən həcmi ilə bağlı proqnozunu 2016-cı il üçün 3707 dollardan 3813 dollaradək artırıb.

2017-ci il üçün göstəriciləri isə 4297 dollardan 4434 dollaradək yüksəldib.

Buna baxmayaraq, ÜDM-in proqnozunu 2016-cı ildə 3,3%-dən 3%-dək aşağı salıb. 2017-ci il üçün +1,5% və 2018-ci ildə +2,1% proqnozları da dəyişilməz olaraq qalıb.

İnflasiya proqnozu da həmçinin aşağı salınıb. “Fitch”in gözləntilərinə görə, bu il istehlak qiymətlərinin indeksi (CPI) bundan öncə gözlənilən kimi 14% yox, məhz 11,5% artıb. CPI proqnozu 2017-ci il üçün 7%-dan 6%-ə enib. 2018-ci il üçün proqnoz isə 3% səviyyəsində saxlanılıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *