“Fitch Ratings” neftin qiymət proqnozlarını aşağı saldı
Fitch Beynəlxalq Reytinq Agentliyi neftin qiymətlərinə dair proqnozlarını aşağı salıb.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Fitch Ratings qlobal neft bazarlarında təklif və tələb arasındakı ziddiyyət səbəbiylə neftin qiymət proqnozlarını aşağı salıb.
Agentliyin məlumatına görə, 2015-ci ilin ikinci rübündə təklif və tələb arasındakı fərq gündəlik 3 milyon barellə ən üst səviyyə çatıb.
Təşkilat həmçinin bəyan edib ki, neftin qiymətlərində tarazlıq 2016-cı ilin ikinci yarısından mümkün görünmür. Neftin qiymətləri yalnız 2017-ci ildə təkrar tarazlığa dönə bilər.
Yeni qiymət proqnozlarını Brent nefti üçün 2016-cı ildə bir barelə görə 55 dollar və 2017-ci il üçün 65 dollar olaraq təyin edən Fitch, Qərb Texas tipli xam neft üçün də 2016-cı ildə 50 dollar və 2017-ci il üçün isə 60 dollar olacağı proqnozunu verib.
Bundan başqa, təşkilat Brent markalı neftin uzunmüddətli qiymət proqnozunu bir barelə görə, 75 dollara endirib, Qərbi Texas markalı neftin uzunmüddətli qiymət proqnozunu isə 70 dollar olaraq sabit saxlayıb.
Mənbə:> Oxu.Az