“Fitch” Azərbaycanla yanaşı, rekord sayda ölkənin kredit reytinqini dəyişdirdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Fitch” Azərbaycanla yanaşı, rekord sayda ölkənin kredit reytinqini dəyişdirdi

“Fitch” Azərbaycanla yanaşı, rekord sayda ölkənin kredit reytinqini dəyişdirdi

“Fitch” beynəlxalq reytinq agentliyi 2016-cı ilin birinci yarısında rekorda imza atıb.

“Fitch” reytinq agentliyi hesabat dövründə agentlik 15 ölkənin (o cümlədən də Azərbaycanın) suveren kredit reytinqini aşağı salıb.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə “Fitch”in məlumatında deyilir.

Agentliyin yaydığı xəbərdə deyilir ki, əksər suveren reytinqlərinin endirilməsinə səbəb neftin ucuzlaşmasıdır. Belə ki, reytinqi aşağı salınan ölkələr arasında Yaxın Şərq və Afrika ölkələri üstünlük təşkil edir ki, onların da iqtisadiyyatı birbaşa neftdən asılıdır.

Ümumilikdə, ilin əvvəlindən “Fitch” 22 neqativ proqnoz verib ki, bunun da 10-u Yaxın Şərq və Afrika ölkələrinin payına düşür.

Bundan öncə rekord 2011-ci ildə qeydə alınıb. O zaman agentlik il ərzində 20 ölkənin suveren reytinqini endirib.

Agentlik qeyd edir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan sonra krallığın reytinqinin “AA+” səviyyəsindən “AA”-dək endirilməsi tamamilə qanunauyğundur.

Xatırladaq ki, bu ilin fevralın 26-da “Fitch” Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinə endirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *