“Fitch” Azərbaycanın üç bankının reytinqini təsdiqlədi
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankı (ABB) və “PAŞA Bankın”ın uzunmüddətli defolt emitentini reytinqini müvafiq olaraq, “BB” və “BB-” səviyyəsində təsdiqləyib.
Oxu.Az xəbər verir ki, agentlik həmçinin “AcessBank”ın uzunmüddətli defolt emitentini “BB+”dan “BBB-”dək azaldıb.
Hər üç bank üzrə proqnoz mənfidir.
Qeyd olunur ki, ABB-nin reytinqinin “BB” səviyyəsində təsdiqlənməsi hökumətin banka göstərəcəyi dəstəklə əlaqədardır.
Bundan başqa, bildirilir ki, Maliyyə Nazirliyinin bankın kapitalına 500 milyon manatlıq yatırımından sonra dövlətin ABB-dəki payı hazırkı 51,1% səviyyəsini ötərək 80%-dən çox olacaq.
Mənbə:> Oxu.Az