“Moody's” Azərbaycanın reytinqini sabit saxladı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

“Moody's” Azərbaycanın reytinqini sabit saxladı

“Moody's” Azərbaycanın reytinqini sabit saxladı


“Moody's” beynəlxalq reytinq agentliyi dekabrın 4-də yaydığı hesabatda Azərbaycanın dövlət istiqrazlarının reytinqini “Baa3” səviyyəsində təsdiqləyib.

Oxu.Az agentliyin hesabatına istinadən xəbər verir ki, proqnoz stabil olaraq qalır.

Hesabatda qeyd olunur ki, Baa3 reytinqinin təsdiqlənməsi və stabil proqnoz üçün əsas amillər aşağıdakılardır:

- Azərbaycanın Dövlət Neft Fondunun böyük ehtiyatları, həmçinin 2016-cı ildə dövlət borcu və ÜDM arasında nisbətin 25%-dən aşağı səviyyədə sabitləşməsi gözləntisi ilə dəstəklənən maliyyə sabitliyi;

- ölkənin əhəmiyyətli ölçüdə maliyyə ehtiyatları və daha çevik mübadilə məzənnəsinin aparılması: bu, neftin iqtisadiyyata təsirini zəiflətməyə imkan verəcək.

Qeyd olunur ki, Azərbaycanın yerli və xarici valyutada depozit tavanları, həmçinin yerli və xarici valyutada istiqraz tavanları Baa3 / P-3 səviyyəsində qalır.

Agentlik hesab edir ki, 2016-cı ildə büdcə defisiti ÜDM-in 5,5%-ni təşkil edəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *