Rusiyada böhran və ucuz neft Azərbaycanın banklarına mənfi təsir edəcək
Rusiya iqtisadiyyatında böhran və ucuz neft 2015-2016-cı illərdə MDB-nin altı ölkəsinin bank bazarına mənfi təsir edəcək.
Oxu.Az xəbər verir ki, “Moody's” beynəlxalq reytinq agentliyi belə hesab edir.
“Biz proqnozlaşdırırıq ki, neftin qiymətlərinin aşağı düşməsi və Rusiyada resessiya MDB-nin banklarına yerli valyutalara təzyiq, Rusiyada çalışan MDB vətəndaşlarından pul köçürmələrinin və MDB ölkələrindən Rusiyaya ixracın azalmasına görə neqativ təsir edəcək”, - hesabatda deyilir.
Bu faktorlar artıq Belarus, Qazaxıstan, Azərbaycan, Tacikistan, Özbəkistan və Ermənistanın reytinqlərində nəzərə alınıb.
Banklara neqativ təsir əsasən əksər MDB ölkələrində yerli valyutaların zəifləməsinə görə şərtlənib.
Mənbə:> Oxu.Az