Rusiyada böhran Avropaya 100 milyard avroya başa gələcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Rusiyada böhran Avropaya 100 milyard avroya başa gələcək

Rusiyada böhran Avropaya 100 milyard avroya başa gələcək


İqtisadçıların fikrincə, ABŞ və Aİ sanksiyaları nəticəsində Rusiyada meydana gələn böhran Rusiya əleyhinə məhdudiyyətləri yeridən ölkələrə də neqativ təsir edəcək. İxracın azalmasından meydana çıxan zərər 100 milyard avro və iki milyon iş yeri ola bilər.

Oxu.Az “MK”-ya istinadən xəbər verir.

“Die Welt” qəzeti Avstriya İqtisadi Tədqiqatlar İnstitutuna istinadən yazır ki, bununla yanaşı, yaranmış iqtisadi vəziyyət ən çox Almaniyaya təsir edəcək: ekspertlər əmindirlər ki, bu ölkənin produktivliyi bir faiz enə bilər.

İqtisadiyyatın səviyyəsinin enməsi üzrə ikinci yerdə İtaliyadır: 0,9 faiz və 200 min iş yeri. Fransa bir qədər az itkiyə məruz qala bilər: 0,5 faiz və 150 min iş yeri.

“Əgər vəziyyət köklü şəkildə dəyişməzsə biz çox pessimist vəziyyətlə qarşılaşacağıq”, - tədqiqatı aparan alimlərdən biri Oliver Frits deyib.

Bununla yanaşı, Avropa Komissiyası Rusiya əleyhinə sanksiyaları “müqayisədə əhəmiyyətsiz və öhdəsindən gəlinməsi mümkün olan” hesab edir, nəşr yazır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *